USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Biznesmenlər müştərilərini itirən "Accessbank" borca pul alıb

16.10.2025 Problemli Banklar
0 0
Cari ilin 9 ayına olan hesabatını açıqlayan "Accessbank" bzinesmen müştərilərini itirərək əlavə borclanmaya gedib.

Kommersant.az xəbər verir ki, cari ilin üçüncü rübündə sözügedən bankın öhdəliklər cəmi ötən ilin sonu ilə mqayisədə 97 milyon 314 min manat artaraq 1 milyard 401 milyon 450 min manat olub. Bankın öhdəliklərinin 74.57 faizi müştərilərdən topladığı depozitlər əsasında formalaşıb. "Accessbank"ın fiziki şəxslərdən yığımları 53 milyon 273 min manat artaraq 860 milyon 755 min manat olsa da bank biznesmen müştərilərini itirib. Bankın hüquqi şəxslərin yığa bildiyi əmanətlər 9 ay ərzində 34 milyon 649 min manat və ya 15,82 faiz azalaraq 184 milyon 352 min manata enib. Buna görə də bank kredit təşkilatları və digər maliyyə institutlarına olan borcunun üstünə borc alıb. Belə ki, "Accessbank"ın borcu 9 ayda 80 milyon 615 min manat və ya 40,81 faiz artıraraq 278 milyon 116 min manata çatdırıb. Bankın borcu öhdəliklər cəminin 19,84 faizini təşkil edir.

  • Əvvəlki

    “ExpressBank” kapitalını itirib - HESABAT

Digər xəbərlər

14.10.2025 Problemli Banklar
"Rabitəbank"ın mənfəəti 31 faiz - AZALIB
0 0
30.09.2025 Problemli Banklar
"Rabitə Bank" - BAĞLANACAQ?
0 0