USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Braun Universiteti Tramp administrasiyasının “akademik mükəmməllik” müqaviləsini rədd edir

16.10.2025 İqtisadiyyat
0 0
Rod-Aylenddəki Braun Universiteti prezident Donald Tramp administrasiyasının kampus siyasətlərində dəyişiklik edilməsi müqabilində federal fondlara güzəştli giriş təklif edən müqaviləni rədd etdiyini açıqlayıb.

Brown Universiteti, kampus siyasətini dəyişdirmək müqabilində federal maliyyə vədini "akademik azadlığa xələl gətirdiyini" ifadə etdi və müqaviləni imzalamayacağını açıqladı.

“The Hill” qəzetinin yazdığına görə, Braun Universiteti Tramp administrasiyasının ölkə daxilindəki doqquz universiteti əhatəli müqavilə imzalamağa çağırması ilə bağlı bəyanat yayıb.

Açıqlamada, universitetlərə kampus siyasətlərinin dəyişdirilməsi müqabilində federal maliyyəyə üstünlük verən bu müqavilənin "akademik azadlığı məhdudlaşdıracağından" narahat olduğu və müqavilənin imzalanmayacağı ifadə edilib.

Bəyanatda həmçinin onun federal hökumətlə əməkdaşlığa hazır olduğu və ali təhsilin təkmilləşdirilməsinə sadiqliyi vurğulanıb.

Rəhbərliyin çağırdığı 9 universitetdən biri olan Massaçusets Texnologiya İnstitutu (MIT) oktyabrın 11-də razılaşmanı dəstəkləməyəcəyini açıqladı.