USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda torpaq qiymətləri bahalaşır - SƏBƏB

20.05.2021 İnşaat və Əmlak
0 0
“Yay mövsümü yaxınlaşdıqca torpaq qiymətlərində bahalaşma davam edir”.

"Kommersant.az"Trend.az-a istinadən xəbər verir ki, bu barədə Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov məlumat verir.

Ekspert deyib ki, aprel ayında Bakıda torpaq bazarında orta qiymət 21263 manat/sot olub:

“Qiymətlərdə 2,63 faiz bahalaşma qeydə alınıb. Bahalaşmanın səbəblərindən biri mövsümlə əlaqədar torpaq sahələrinə tələbatın artmasıdır. Yay mövsümü ərəfəsində torpaq bazarında aktivlik artır və bu da öz növbəsində qiymətlərin bahalaşmasına səbəb olur”.

Ekspert torpaq qiymətləri ilə yanaşı fərdi yaşayış və bağ evlərinin də qiymətində artım müşahidə olduğunu bildirib.

  • Əvvəlki

    Sosial müavinət alanlarla bağlı daha bir xəbər

Digər xəbərlər