Havanın temperaturu yüksələcək

04.02.2019 Ekologiya
Sabah üçün respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 5-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 5-6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Əvvəlki

    Vergilər Nazirliyindən 1,6 milyon manatlıq iddia

Digər xəbərlər

01.12.2020 Ekologiya
Sabahın hava proqnozu
0 0
30.11.2020 Ekologiya
Sabahın hava proqnozu
0 0
27.11.2020 Ekologiya
İstirahət günü yağış yağacaq
0 0
26.11.2020 Ekologiya
Qar yağacaq, 8 dərəcə şaxta olacaq
0 0
25.11.2020 Ekologiya
Qar yağacaq, külək əsəcək
0 0
24.11.2020 Ekologiya
Sabaha olan hava proqnozu
0 0
18.11.2020 Ekologiya
Sabaha olan - HAVA PROQNOZU
0 0
17.11.2020 Ekologiya
Sabah hava necə olacaq?
0 0
16.11.2020 Ekologiya
Sabah da yağış yağacaq
0 0