USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra başçısı dağıntı olan ərazilərə baş çəkib - KÜLLİ MİQDARDA ZİYAN DƏYİB

06.02.2019 İqtisadiyyat
0 0
Azərbaycanda baş verən güclü zəlzələ daha çox Şamaxıda fəsadlara səbəb olub.

"Kommersant.az"ın məlumatına görə, zəlzələ ocağı Basqal kəndindən 5 km şimal-qərbdə yerləşib. Zəlzələnin maqnitudası 5,1 bal olsa da, episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib.

Yeraltı təkanlar Şamaxıda rayon mərkəzində, Qəleybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində daha çox dağıntılara səbəb olub.

Rayon mərkəzində bir neçə mağazaya külli miqdarda ziyan dəyib. Ərzaq məhsulları rəflərdən dağılaraq yararsız hala düşüb.

Hazırda dağıntılarla əlaqədar yaradılan fövqəladə komissiya uçqunların baş verdiyi evlərə baxış keçirir, onların sayı və dəyən ziyanın miqdarı ilə bağlı dəqiqləşdirmələr aparır.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da dağıntılar olan ərazilərə baş çəkib, müvafiq tapşırıqlar verib.

  • Əvvəlki

    Bankların məcmu kapital üzrə - REYTİNQİ

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0