Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

22.05.2018 Ekologiya
Azərbaycanda sabaha, mayın 23-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Kommersant.Az"a verilən məlum.ata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 28-33, Bakıda gecə 18-20, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 23-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər Naxçıvan MR-nın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 17-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 23-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Əvvəlki

    Z.Səmədzadə: Devalvasiyadan sonra dövlətin xarici borcu yüksəlib

Digər xəbərlər

04.06.2020 Ekologiya
Daha bir Nazirlikdə TƏYİNAT
0 0
04.06.2020 Ekologiya
Sabahın hava proqnozu açıqlandı
0 0
03.06.2020 Ekologiya
Hava pisləşəcək - XƏBƏRDARLIQ
0 0
03.06.2020 Ekologiya
Azərbaycanda zəlzələ oldu
0 0
02.06.2020 Ekologiya
Sabah Bakıda 32 dərəcə isti olacaq
0 0
01.06.2020 Ekologiya
Sabah 37 dərəcə isti olacaq
0 0
26.05.2020 Ekologiya
Sabahın 32 dərəcə isti olacaq
0 2
25.05.2020 Ekologiya
Sabah 31 dərəcə isti olacaq
1 1
VTB