Bakının mərkəzində su kəmərindəki qəza aradan qaldırılıb

15.05.2019 Ekologiya
Bakının mərkəzində magistral su xəttində baş verən qəza aradan qaldırılıb.

"Kommersant.az"ın xəbərinə görə, məlumatda bildirilir ki, hadisə yerinə cəlb edilən qəza xidməti borunu təmir edib və ətraf ərazilərə suyun verilişi bərpa edilib: "Ötən gün baş vermiş qəza aradan qaldırılıb, artıq bu gün səhər saatlarından ətraf ərazilərə içməli suyun verilişi bərpa olunub".

Xatırladaq ki, mayın 14-də günorta saatlarında paytaxtın Rəşid Behbudov küçəsində 500 mm diametrli magistral polad boru kəmərində qəza baş vermişdi. Hadisə nəticəsində bir neçə küçəni su basmış, avtomobillərin hərəkətində problem yaranmışdı.

  • Əvvəlki

    Problemli kreditlərlə bağlı 506 min vətəndaşa ödənişlər verilib

Digər xəbərlər

20.05.2019 Ekologiya
Sabah yağış yağacaq
0 0
18.05.2019 Ekologiya
Sabah duman olacaq
0 0
11.05.2019 Ekologiya
Sabahın hava proqnozu açıqlanıb
0 0
08.05.2019 Ekologiya
Sabah hava necə olacaq?
0 0
06.05.2019 Ekologiya
Bakıda 27 dərəcə isti olacaq
0 0
VTB