USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra Hakimiyyətindən yağış açıqlaması: - "Paytaxtda ciddi problem yoxdur"

09.08.2019 İqtisadiyyat
0 0
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxta yağan intensiv yağışdan sonra yollarda, keçidlərdə hərəkətin iflic olması barədə iddialara münasibət bildirib.

"Kommersant.az" xəbər verir ki, BŞİH-in mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda paytaxtda ciddi problem yoxdur:

"Bakıda yağışdan sonra ciddi bir problem qeydə alınmayıb. Texniki, təsərrüfat xidmətləri adi iş rejimində işləyirlər".

Badamdarda sürüşmə ərazisindən 20-ci sahəyə düşən yolun bağlı olmasının səbəbinə gəlincə, İ.Kərimov bildirib ki, həmin ərazi çoxdan bağlıdır:

"Həmin yol sürüşmə ilə əlaqədar olaraq bir ilə yaxındır bağlıdır və bu yaxınlarda açılışı nəzərdə tutulmur".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən günün ikinci yarısından yağışın kəsiləcəyi bildirilib.

  • Əvvəlki

    Yol polisindən 5 min manatlıq müsadirə - DİQQƏT, MÜSAHİBƏ

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0