USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərsu" Bakıda səth suları ilə bağlı yeni layihələr həyata keçirir

17.09.2019 İqtisadiyyat
0 0
"Azərsu” ASC Bakıda yağış sularının yığılma təhlükəsi olan qəsəbələrdə səth sularının kənarlaşdırılması məqsədilə yeni layihələrin icrasına başlayıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hazırda 5 yaşayış məntəqəsini əhatə edən layihələrdən biri paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində icra olunur. Yeni yaradılan infrastruktur istismara veriləndən sonra yağış sularının yığılma təhlükəsi aradan qaldırılacaq.

2-ci Zabrat yaşayış massivi adlanan ərazisində səth və qrunt sularının kənarlaşdırılması məqsədilə mərkəzləşdirilmiş yağış-kanalizasiya sistemləri mövcud olmayıb. Son illər ərazidə məskunlaşmanın artması səth və tullantı sularının axıdılmasını aktuallaşdırılıb. İntensiv yağıntılar zamanı ərazidə subasma hallarının qeydə alınması sakinlər üçün narahatlıq doğurmaqla yanaşı, antisanitar vəziyyətin yaranmasına səbəb olub.

Yaşayış massivində subasma hallarının aradan qaldırılması məqsədilə "Azərsu" layihə hazırlayıb və qısa müddətdə işlərə başlanılıb. Layihəyə əsasən, ərazidə 3,6 km uzunluğunda yağış-kanalizasiya şəbəkəsi və kollektoru inşa olunur. Yeni yaradılan şəbəkə üzərində baxış quyuları tikilir. Burada yaranan səth və qrunt suları yaxınlıqdan keçən mövcud kollektora ötürüləcək. Bu məqsədlə ərazidə nasos stansiyası inşa edilir. Layihə üzrə tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Hazırda Zabrat qəsəbəsi iləə yanaşı Biləcəri, Mehdiabad, Ramana və Bahar qəsəbələrində yağış və kanalizasiya xətlərinin tikintisi davam etdirilir. Bu layihələr çərçivəsində 20 km-dən çox kanalizasiya xətlərinin inşası nəzərdə tutulub. Cari ilin sonuna qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq. Layihələrin icrası əhalinin məişət şəraitinin yaxşılaşdırmaqla yanaşı, ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır.

  • Əvvəlki

    Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0