Şənbə gününün havası - Duman, çiskin, külək

13.12.2019 Ekologiya
Bakıda və Abşeron yarımadasında dekabrın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

“Kommersant.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Cənub küləyi əsəcək, Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq

Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 8-13, dağlarda 0-5, gündüz 2-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir.

  • Əvvəlki

    Azərbaycanda il ərzində bir nəfər ərzaq məhsullarına ayda nə qədər xərcləyib?

Digər xəbərlər

23.09.2020 Ekologiya
Sabahın hava proqnozu açıqlandı
0 0
22.09.2020 Ekologiya
Azərbaycanda zəlzələ oldu
0 0
22.09.2020 Ekologiya
Sabahın hava proqnozu
0 0
21.09.2020 Ekologiya
Sabah hava necə olacaq?
0 0