Yaz fəsli Azərbaycana sabah daxil olacaq

19.03.2020 Ekologiya
Bu il Azərbaycana yaz fəsli martın 20-də daxil olacaq.

"Kommersant.az" xəbər verir ki, yaz fəslinin ölkəmizə qədəm qoyması sabah yerli vaxtla saat 07:49-a təsadüf edəcək. Bununla da gecə ilə gündüz bərabərləşəcək.

Qeyd edək ki, iyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olacaq və Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək.

  • Əvvəlki

    Əmanətlər təkrar dövriyyəyə buraxılmayacaq

Digər xəbərlər

30.03.2020 Ekologiya
Sabah Bakıda 19 dərəcə isti olacaq
0 0
26.03.2020 Ekologiya
Qərbi Azərbaycanda zəlzələ
0 0
20.03.2020 Ekologiya
Sabah hava necə olacaq?
0 0
19.03.2020 Ekologiya
Bayram günü hava necə olacaq?
0 0