Sabah yağış yağacaq

09.07.2020 Ekologiya
İyulun 10-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyulun 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

İyulun 10-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 10-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Əvvəlki

    “Bandotdel” vəzifəli şəxslərə qarşı əməliyyat keçirir - SON DƏQİQƏ

Digər xəbərlər

03.08.2020 Ekologiya
Sabahın hava proqnozu açıqlandı
0 0
03.08.2020 Ekologiya
Bu günə olan - HAVA PROQNOZU
0 0
01.08.2020 Ekologiya
Bazar günü hava necə olacaq?
0 0
31.07.2020 Ekologiya
Sabahın hava proqnozu açıqlandı
0 0
30.07.2020 Ekologiya
Avqustda hava necə olacaq? - PROQNOZ
0 0
VTB