"Tri koronı"nın yaxınlığındakı gölün qurudulması işi yenidən başladı - VİDEO

28.07.2020 Ekologiya
Bakı şəhərinin Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində, “Üç Tac” yaşayış kompleksinin yaxınlığında yerləşən gölün qurudulması ilə bağlı bu gün səhərdən yenidən iş başlayıb.

"Kommersant.az"-ın xəbərinə görə, bu haqda həmin ərazidə yaşayan sakinlər məlumat verib. Xəbərdə bildirilir ki, bu gün səhər saatlarından ərazidə yenidən ağır texnika ilə iş başlayıb.

Sakinlər bildirib ki, ölkədə su böhranının yarandığı bir vaxtda gölün qurudulması böhranı daha da dərinləşdirməyə xidmət etməkdir.

Xatırladaq ki, bir neçə gün əvvəl də həmin gölün qurudulması işi başlamışdı. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilən şikayətdən sonra nazirliyin tələbi ilə ərazidə tikinti işləri dayandırılmışdı.

Maraqlıdır ki, iyulun 19-da Yasamal rayon İcra Hakimiyyəti “Tri Korona” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmadığı haqda xüsusi açıqlama yaymışdı: “Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi heç bir inşaat yoxdur, göl qurudulmur”.Yenisabah

  • Əvvəlki

    Yeni Təhsil nazirindən xəbər var

Digər xəbərlər

13.08.2020 Ekologiya
Sabah hava necə olacaq?
0 0
12.08.2020 Ekologiya
Sabah dolu düşəcək
0 0
11.08.2020 Ekologiya
Sabahın hava proqnozu açıqlandı
0 0
07.08.2020 Ekologiya
Sabah hava necə olacaq?
0 0
06.08.2020 Ekologiya
Sabah səhər yağış yağacaq
0 0
05.08.2020 Ekologiya
Sabaha olan hava proqnozu açıqlandı
0 0
03.08.2020 Ekologiya
Bu günə olan - HAVA PROQNOZU
0 0
01.08.2020 Ekologiya
Bazar günü hava necə olacaq?
0 0
31.07.2020 Ekologiya
Sabahın hava proqnozu açıqlandı
0 0