USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Meşələr hansı rayonlarda daha çox qırılır?

18.09.2020 İqtisadiyyat
0 0
“Meşə qırma, odunla bağlı həmişə problemli rayonlarımız var”.

"Kommersant.az"-ın məlumatına görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

O bildirib ki, bunlar Oğuz, Qəbələ, İsmayıllı və əsasən də Lerik rayonudur: "Bu rayonlarda həmişə insanların vərdişləri olub ki, meşədən odun qırsınlar. Bununla bağlı Qəbələdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Daxili işlər Nazirliyinin birgə məlumatı əsasında Qəbələ regional mərkəzinin vəzifəlilərindən 5 nəfəri mart ayında həbs olunub. Bundan başqa Lerikdə də bununla bağlı cəza tədbirləri görmüşük və kəsinti hallarına görə sənədlər hüquq mühafizə orqanlarına göndərilib. Əsas problem Lerikdə yaşayış məntəqələrin əksəriyyətinin meşənin içərisində olmasıdır. Kəndlərin hamısı qazlaşdırılsa, meşələrin mühafizəsi də asanlaşacaq. Hazırda Azərbaycanda qazlaşdırma 95-96 faizə çatıb. Bu da meşələrin mühafizəsinə öz təsirini göstərir. 2017-ci ildə qanunsuz qırıntı 55-56 min kub, 2018-ci ildə 28 min kubmetrdən artıq, 2019-cu ildə 18 min kub metrdən yuxarı olub, hazırda isə 6 600 kubdur".

  • Əvvəlki

    Azərbaycanda pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürüldü

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0