USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Audi”nin yeni rəhbəri məlum oldu

19.06.2018 İqtisadiyyat
0 0
Bir az əvvəl də qeyd etdiyimiz kimi Almaniyanın nəhəng şirkətlərindən biri hesab olunan “Volkswagen” son günlər baş verən hadisələrə görə müştərilərinin etimadını müəyyən mənada itirib.

"Kommersant" xəbər verir ki, icraçı direktoru həbs edilən məşhur markalardan hesab edilən "Audi", vaxt itirmədən özünü toparlamağa çalışır. Belə ki, artıq həbs edilən Rupert Stadler’in yerinə təyin olunacaq yeni direktor müəyyn edilib. Bu vaxta qədər "Audi"nin Satış və Marketinq rəhbəri olaraq çalışan Bram Schot yeni vəzifəyə namizəddir.

Əldə etdiyimiz məlumata görə, 56 yaşlı Bram Schot 2011-ci ildən "Volkswagen"lə əməkdaşlıq edir.

Qeyd edək ki, ötən gecə saxtakarlığa yol verilməsi səbəbilə "Audi"nin həbs edilən keçmiş icraçı direktoru Rupert Stadler’lə bağlı istintaq davam edir. Şirkət bununla yanaşı, 1 milyon avro pul cəzası da alıb.

Nərmin Həsənli