Sabahın hava proqnozu açıqlanıb

09.07.2018 Ekologiya
İyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Kommersant"a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 33-37, Bakıda gecə 25-27, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütünu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

İyulun 10-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək.

İyulun 10-da Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-26, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

İyulun 10-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olacaq.

  • Əvvəlki

    Qubada kanat qırıldı - ÖLƏN VAR

Digər xəbərlər

23.09.2020 Ekologiya
Sabahın hava proqnozu açıqlandı
0 0
22.09.2020 Ekologiya
Azərbaycanda zəlzələ oldu
0 0
22.09.2020 Ekologiya
Sabahın hava proqnozu
0 0
21.09.2020 Ekologiya
Sabah hava necə olacaq?
0 0