Sabaha olan - HAVA PROQNOZU

01.08.2018 Ekologiya
Bakıda və Abşeron yarımadasında avqustun 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

"Kommersant.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata istinadən xəbər verir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27, gündüz 29-34, Bakıda gecə 25-27, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində avqustun 2-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırırıq.

Azərbaycanın rayonlarında avqustun 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 2-3-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amildir.

Avqustun 2-si gündüzdən avqustun 4-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

  • Əvvəlki

    “Aqrolizinq” ASC ödənişlərin qəbulunda yenilik edib

Digər xəbərlər

30.10.2020 Ekologiya
Sabahın hava proqnozu
0 0
27.10.2020 Ekologiya
Sabahın hava proqnozu
0 0
26.10.2020 Ekologiya
Sabahın hava proqnozu
0 0
19.10.2020 Ekologiya
Sabahın hava proqnozu
0 0
16.10.2020 Ekologiya
Sabaha olan hava proqnozu açıqlandı
0 0
12.10.2020 Ekologiya
Sabahın hava proqnozu açıqlandı
0 0
08.10.2020 Ekologiya
Sabaha olan HAVA PROQNOZU
0 0
07.10.2020 Ekologiya
Sabaha olan - HAVA PROQNOZU
0 0
05.10.2020 Ekologiya
Azərbaycanda zəlzələ oldu
0 0