İstirahət günlərində səyahətə çıxanlara - XƏBƏRDARLIQ

02.11.2018 Ekologiya
Dağlıq rayonlarda 10-15 dərəcə isti

"Kommersant.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata istinadən xəbər verir ki, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 15-20, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 17-20, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 17-22 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 17-22 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın maksimal temperaturu 17-19 dərəcə isti təşkil edəcək.

  • Əvvəlki

    Yeni hakimlər təyin olundu - QƏRAR, SİYAHI

Digər xəbərlər

04.06.2020 Ekologiya
Daha bir Nazirlikdə TƏYİNAT
0 0
04.06.2020 Ekologiya
Sabahın hava proqnozu açıqlandı
0 0
03.06.2020 Ekologiya
Hava pisləşəcək - XƏBƏRDARLIQ
0 0
03.06.2020 Ekologiya
Azərbaycanda zəlzələ oldu
0 0
02.06.2020 Ekologiya
Sabah Bakıda 32 dərəcə isti olacaq
0 0
01.06.2020 Ekologiya
Sabah 37 dərəcə isti olacaq
0 0
26.05.2020 Ekologiya
Sabahın 32 dərəcə isti olacaq
0 2
25.05.2020 Ekologiya
Sabah 31 dərəcə isti olacaq
1 1
VTB