USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda manatla pul bazası 19% artıb

01.08.2019 İqtisadiyyat
0 0
Bu ilin iyulun 31-nə Azərbaycanda pul bazası 10 574,3 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 1 028,6 mln. manat və ya 10,8% çoxdur.

"Kommersant.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda pul bazası 1 685,4 mln. manat və ya 19% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.