USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa enerji böhranı səbəbindən mobil rabitəsiz qala bilər

29.09.2022 İqtisadiyyat
0 0
Avropa ölkələrinin bu qış enerji böhranı səbəbindən mobil rabitəsiz qalmaq riski var.

“Elektrik kəsilməsi və ya onun norma ilə verilməsi regiondakı mobil şəbəkələrin hissələrinə təsir edərsə, bu qış bütün Avropada mobil telefonlar sönə bilər”, – məlumatda bildirilir.

Agentliyin məlumatına görə, “Nokia” və “Ericsson” kimi operatorlar hökumətlərin kritik xidmətlərin təhlükəsizliyini təmin etmək üçün bir planı olduğundan əmin olmaq üçün hökumətlərlə işləyirlər. Bununla belə, “onilliklər boyu fasiləsiz qidalanmaya öyrəşmiş” Avropanın elektrik enerjisinin kütləvi kəsilməsinin öhdəsindən gəlmək üçün kifayət qədər ehtiyat sistemləri yoxdur.

Fransa Telekommunikasiya Operatorları Federasiyasının prezidenti Liza Bellulo “Reuters”ə bildirib ki, region ölkələri “elektrik enerjisinin sabit olduğu Avropanın böyük hissələrində bir qədər ərköyün ola bilər”. Kifayət qədər sərmayə qoyulmadığından, xüsusilə Paris ölkənin bütün antenalarını yeni batareyalarla təmin edə bilməyəcək.