USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobillərə tətbiq olunan aksiz dərəcələri artırıldı

30.11.2018 İqtisadiyyat
0 0
Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılır. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergilər Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən, minik avtobillərində mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,30 manat (hazırda 0, 20 manat), mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat (hazırda 3 manat), mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat, (hazırda 8 manat) mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat (hazırda 20 manat), mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Aksiz məbləği

Minik avtomobillərinin mühərrikinin həcmi:

Hazırda

2019-dan

2000 sm3-dək olduqda

hər 1 sm3 - 0,20 manat

hər 1 sm3 - 0,30 manat

3000 sm3-dək olduqda

400 manat + 2001-3000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 3 manat

600 manat + 2001-3000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 5 manat

4000 sm3-dək olduqda

3400 manat + 3001-4000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 8 manat

5600 manat + 3001-4000 sm3 hissəsi üçün hər 1 sm3 görə -13 manat

5000 sm3-dək olduqda

11400 manat + 4001-5000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 20 manat

18600 manat + 4001-5000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 35 manat

5000 sm3-dən çox olduqda

31400 manat + 5000 sm3 - dən çox hissəsi üçün hər sm3 görə - 40 manat

53600 manat + 5000 sm3 - dən çox hissəsi üçün hər sm3 görə - 70 manat

Qeyd edilən dəyişikliklər qəbul edilsə minik avtomobilləri üçün aksiz vergisi belə dəyişəcək:

Mühərrik həcmi

Hazırda (manatla)

2019-dan (manatla)

2.0 litr

400

600

2.2 litr

1000

1600

2.5 litr

1900

3100

3.0 litr

3400

5600

3.5 litr

7400

12100

4.0 litr

11400

18600

4.5 litr

21400

36100

5.0 litr

31400

53600

5.5 litr

51400

88600

5.7 litr

59400

102600

  • Əvvəlki

    Milli Məclisdən minlərlə insana - ŞAD XƏBƏR

Digər xəbərlər