USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qətər OPEC-dən çıxmasının səbəblərini açıqlayıb

03.12.2018 İqtisadiyyat
0 0
"Qətərin OPEC-dən çıxması siyasi səbəblərlə, yaxud başqa üzv ölkələrlə fikir ayrılıqları ilə bağlı deyil".

Bunu enerji məsələləri dövlət naziri Səəd bin Şridə əl Kəəbi mətbuat konfransında bildirib.

"Bu qərar texniki mahiyət daşıyır, Qətərin dünyada enerji daşıyıcılarının etibarlı tədarükçüsü imicini daha da gücləndirmək istəyi, həmçinin bizdəki neft hasilatı həcmini nəzərə almaqla verilib", – nazir vurğulayıb.

Dünyada maye təbii qazın ən iri ixracatçısı mövqeyini qoruyub saxlamaq əzmində olduqlarını diqqətə çatdıran qətərli nazir həmçinin OPEC-ə göstərdikləri səylərə görə təşəkkür edib.

Qeyd edək ki, hazırda Qətərdə gündəlik neft hasilatı 620 min barelə yaxındır.

Daha əvvəl Qətər enerji məsələləri dövlət naziri 2019-cu il yanvarın 1-dən OPEC-dən çıxmaq niyyətində olduqlarını bildirmişdi.

  • Əvvəlki

    Rusiya “döyüş meydanında” təklənib

Digər xəbərlər

12.12.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0
12.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0