USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Huawei”nin Bakı ofisindən açıqlama

07.12.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, “Huawei” şirkətin maliyyə direktoru Mıng Vancou həbs edilib. Onun ABŞ-a ekstradisiya ediləcəyi gözlənilir.

Şirkətin Bakı ofisi sözügedən həbslə bağlı məlumat yayıb. Məlumatda qeyd edilir ki, həbsin motivləri şirkətə açıqlanmayıb və hadisə ilə bağlı heç bir səbəb göstərilməyib.

"Huawei" rəsmiləri inanır ki, ABŞ və Kanada hökuməti məsələ ilə əlaqədar doğru qərar çıxara biləcək.

Şirkət fəaliyyət göstərdiyi ölkələrin qanunlarına tabe olur, həmçinin BMT, ABŞ və Aİ-nin ixrac qətnamələrinə daim əməl edir.

Qeyd edək ki, o, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozması iddiası ilə saxlanılıb.

Kanada Ədliyyə Nazirliyi, Huawei şirkətinin sahibi Rın Cıngfeyin qızı və şirkətin Maliyyə direktoru Mıng Vancounun, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozduğuna görə 1 Dekabrda Vankouver şəhərində həbs edildiyini açıqlamışdı.

ABŞ Aprel ayında İrana qarşı sanksiyaları pozduğu iddiası ilə Çinin texnologiya nəhəngi Huawei-yə qarşı istintaq başladıb. ABŞ rəhbərliyinin tələbi ilə həbs edilmiş Mıngın 7 Dekabr, Cümə günü ilk məhkəməsi olacağı açıqlanıb. Mıngın ABŞ-a ekstradisiya olunacağı gözlənilir.

  • Əvvəlki

    Sığortaçılar Assosiasiyasının sədri vəzifədən gedir

Digər xəbərlər