Dövlət şirkətində istefa

10.12.2018 İqtisadiyyat
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin Maliyyə Departamentinin direktoru Fuad Əhmədov işdən çıxıb.

Bu barədə şirkətdən bildirilib.

Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb. Sözügedən departamentin rəhbəri vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq "AzInTelecom"un baş mühasibi Aytən Şirəliyeva icra edir.

Xatırladaq ki, "AzInTelecom" 2015-ci ilin iyun ayında yaradılıb. Onun nizamnamə kapitalı 8,146 mln. manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir.

"AzInTelecom" bu ilin mart ayında "Azercell Telecom"un səhmlərinin 51,3%-ni əldə edib.

Report