USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabahdan avtobusların hərəkət istiqaməti dəyişəcək

11.12.2018 İqtisadiyyat
0 0
12 dekabr Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə "Kommersant.az"a Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumat deyilir.

Qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

  • Əvvəlki

    Bu gündən etibarən 50 manat cərimələnə bilərsiniz - QÜVVƏYƏ MİNDİ

Digər xəbərlər