USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Siqaret bahalaşır

11.12.2018 İqtisadiyyat
0 0
2019-cu ilin yanvarından siqaretlərin qiyməti bahalaşacaq.

"Kommersant.az" bildirir ki, siqaret istehsalçıları tərəfindən mağaza və marketlərə dekabrın 28-dən yanvarın 4-ə siqaret paylanılmasının dayandırılacağı bildirilib.

Həmçinin yanvar ayından etibarən qiymətlərdə 20-50 qəpik arası bahalaşma olacağı barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, bir neçə gün öncə "Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun Milli Məclisdə müzakirə edilərək, qəbul olunub. Dəyişikliyə görə, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb ediləcək. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Bu səbəbdən enerji içkilərinin də qiymətində bahalaşma olacağı gözlənilir.

Qaynarinfo

  • Əvvəlki

    Azərbaycanda ən çox maaş alan muzdlu işçilərin sayı açıqlandı - SİYAHI

Digər xəbərlər