USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çindən “Apple”a qadağa

13.12.2018 İqtisadiyyat
0 0
Çin ölkədə çox sayda “Apple” məhsulunun satışını qadağan edib.

"Kommersant.az" xəbər verir ki, patent qaydalarının pozulmasına görə Çində bir sıra "Apple" məhsulunun satışı qadağan edilib. Baş ofisi ABŞ – da olan texnologiya şirkəti "Qualcomm"dan verilən açıqlamada iPhone 6S, iPhone 6S Plus, iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus və iPhone X modellərinin də qadağan olunmuş məhsullar arasında olduğu bildirilib.

Belə ki, bu modellərdə istifadə olunan 2 patentin "Qualcomm"a aid olduğu bildirilib.