USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının bu avtomobil yolunda sürət həddi azaldıldı

18.12.2018 İqtisadiyyat
0 0
Bakıda yağıntılı hava şəraiti ilə bağlı Heydər Əliyev prospekti - Hava Limanı yolunda sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən "Kommersant.az"a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava Limanı - Bilgəh və Zığ şosesi - Hava Limanı avtomobil magistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmək tövsiyə edilir.

  • Əvvəlki

    “BTB Kapital İnvestisiya şirkəti” Bakı Fond Birjasında üzvlüyə qəbul edilib

Digər xəbərlər