USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni qurum yaradılır - FƏRMAN

20.12.2018 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev dekabrın 20-də Dövlət Turizm Agentliyinin tabeliyində Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, yeni yaradılan mərkəz Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

Fərmanda deyilir ki, qoruqların ərazisində mədəni irsin qorunmasını və saxlanılmasını, onların turizm potensialından səmərəli istifadəni təmin etmək, həmçinin dövlət-özəl tərəfdaşlığına şərait yaratmaq, qoruqların dövlət büdcəsindən asılılığını azaltmaq və dayanıqlı inkişafına nail olmaq üçün bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsinə və vahid idarəetmə sisteminin tətbiqinə zərurət yaranmışdır. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Dövlət Turizm Agentliyinə həvalə edilib.

  • Əvvəlki

    Dollar bahalaşır, neft ucuzlaşır - MANAT RİSKDƏ

Digər xəbərlər

12.12.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0
12.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0