USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda yeni ali məktəb açılacaq

21.12.2018 İqtisadiyyat
0 0
Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) Bakıda və Daşkənddə filiallarının və Uzaq Şərq Federal Universitetinin (UŞFU) bazasında bölməsinin açılması istiqamətində iş aparır. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov MDBMİ-nin Müşahidə və Qəyyumlar şuralarının birgə iclasında bildirib.

"Kommersant.az"-ın məlumatına görə, AzEdu.az"TASS" agentliyinə istinadla bilidirir ki, S.Lavrov MDBMİ-nin ölkə xaricində öz mövqelərini möhkəmləndirdiyini, öz filiallarının yaradılması istiqamətində Azərbaycan və Özbəkistan ilə birgə hazırlıq işləri apardığını qeyd edib.

Rusiya XİN başçısının sözlərinə görə, hazırda Azərbaycanda və Özbəkistanda filialların açılması üçün MDBMİ-nin nizamnaməsinə müvafiq dəyişikliklər edilir. "Əlbəttə ki, bu addım Rusiyanın MDB məkanında humanitar əlaqələrinin genişlənməsinə kömək edəcək", - deyə S.Lavrov vurğulayıb.

  • Əvvəlki

    Neftimizin bu günə olan qiyməti

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0