CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 59,2 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,6 dollar/barel çoxdur.
Bu barədə "Kommersant.az"a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 57,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 19-da 54,34 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,95 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 19-da 55,83 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.