USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Azərbaycandan keçən bir sıra daşımalar üzrə tarifləri azaldacaq

22.12.2018 İqtisadiyyat
0 0
“Rusiya Dəmir Yolları” 2019-2020-ci illərdə Azərbaycana qara metal və taxıl daşımaları tarifini 50 faiz azaldacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, söhbət Şimali Qafqaz dəmir yolunun "Samur" ötürmə stansiyasında keçməklə Böyük Kəsik – Qardabani (Gürcüstan) yolu ilə daşınan yüklərdən gedir.

Şirkətdən bildiriblər ki, tariflərin formalaşması dəmiryolu daşımalarının rəqabətqabiliyyətliliyinin artırılmasını nəzərdə tutan marketinq qiymətləndirilməsinə əsaslanıb və bu qərar uzunmüddətli xarakter daşıyacaq.

  • Əvvəlki

    "Güzəştli evlər" bu tarixdən satışa çıxarılır

Digər xəbərlər