USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

25 dekabrda gözlənilən hava şəraiti - METEOHƏSSASLARA XƏBƏRDARLIQ

24.12.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə sabahın hava proqnozu verilib.

"Kommersant.az" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında Dekabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq.

Azərbaycanın rayonlarında

Dekabrın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 25-26-da Abşeron yarımadasında arabir güclənən mülayim gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.