USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu şəxslər cərimələnə bilər

24.12.2018 İqtisadiyyat
0 0
Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə cərimələr tətbiq olunacaq.

"Kommersant.az" bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə istinadən xəbər verir.

Təklif olunan dəyişiklik Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməsini nəzərdə tutur. Dəyişiklik bu hərəkətin edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutmaq məqsədilə təklif edilir.

Təklif edilən qanun layihəsinə əsasən Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat , hüquqi şəxslər 500 manat məbləğində cərimə olunacaqlar.

Təklifəı əsasən mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi ilə bağlı cərimələr olduğu kimi qalacaq. Qeyd edək ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilərkən gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Bildirək ki, bununla yanaşı, Gömrük Məcəlləsində də dəyişiklik edilməsi təklif edilir. Bu qanun layihəsi də malların gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannəməsi verilməsini nəzərdə tutur.

"Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisan olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannəməsi verilir. Bəyənnamənin verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulsa da , gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.",-deyə təklifə qeyd olunub.

Həmçinin Məcəllənin 13-1.2 maddəsində bildirilir ki, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə qaydaları, o cümlədən xarici ticarət iştirakçıların "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

  • Əvvəlki

    Gələn ildən reytinqli türk seriallarını izləmək pullu olacaq

Digər xəbərlər

04.12.2024 İqtisadiyyat
Morgan Stanley proqnozunu yeniləyib
0 0
03.12.2024 İqtisadiyyat
Qızıl bahalaşacaq - AÇIQLAMA
0 0