Səudiyyə Ərəbistanı Çinin ən böyük neft tədarükçüsü olub.
"Kommersant.az" Azərtac-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı noyabr ayında 6,56 milyon tonla Çinə ən çox neft satan ölkə olub. İkinci yerdə isə Rusiya qərarlaşıb.
Səudiyyə Ərəbistanının Çinə neft tədarükü ötən ay əvvəlki ilin eyni dövrünə görə 50 faiz artıb. Noyabrda Rusiya Çinə 6,55 milyon ton neft satıb.
Bununla da, Səudiyyə Ərəbistanı Rusiyanı geridə qoyaraq noyabrda Çinin ən böyük neft tədarükçüsü olub.