USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah bu ərazilərdə qaz olmayacaq

25.12.2018 İqtisadiyyat
0 0
Xırdalan şəhəri 25-ci məhəllə ərazisində yeni çəkilmiş polietilen diametri 160 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Xırdalana təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən "Kommersant.az"a verilən məlumata görə aparılan təmir işlərinin Masazır qəsəbəsi və Xəzər rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

  • Əvvəlki

    Azərbaycan Beynəlxalq Bankına sədr təyin olundu - FOTO

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0