USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gizli radar və “nömrətanıma”: Yol polisinin yeni maşınları - VİDEO

26.12.2018 İqtisadiyyat
0 0
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yeni maşınlarının üstünlükləri açıqlanıb.

"Kommersant.az"-ın məlumatına görə, Yol Patrul Xidməti üçün "Mersedes" markalı 118 avtomobil alınıb:

"Onlardan 75-i "Mersedes"in C-300, 4-ü E-450, 39-u isə E-350 modelidir. Bu avtomobillərin hamısında yeni i-Patrul sistemi quraşdırılıb. Bu sistem texniki xüsusiyyətlərinə görə əvvəlkilərdən xeyli fərqlənir. Yol Patrul Xidməti avtomobilinin dayandığı, eləcə də hərəkət etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək imkanına malik olan sistem ətrafı 360 dərəcə əhatə edən doqquz videonəzarət kamerası ilə təchiz olunub.

Sistemin daxilində qarşıdakı beş zolaqda hərəkət edən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və sürətlərini avtomatik rejimdə qeydə alan "Radar" quraşdırılıb:

ELƏCƏDƏ BAX: Prezident yeni yol polisi maşınlarına baxdı - FOTOLAR

Həmçinin avtomobillərdə yan istiqamətlərdə "nömrətanıma", gecə görüntüsü üçün 30 metrlik məsafəni əhatə edən "infraqırmızı" görünməz işıqlandırma sistemləri və GPS modulu var. Sistemin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir.

Eyni zamanda, Yol Patrul Xidməti avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. Bu sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir.

Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar sistemin mobil rabitə şəbəkəsi vasitəsilə dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülür.

Post Patrul Xidməti üçün isə "Mersedes Citan" markalı 60 avtomobil alınıb. Bu avtomobillər də zəruri texniki avadanlıqla təchiz olunub. Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında digər xidmətlər üçün Azərbaycan istehsalı olan "Khazar" LD avtomobilləri alınıb".

Xatırladaq ki, dekabrın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub. Prezidenti İlham Əliyev açılışda iştirak edib. Açılış mərasimindən sonra prezident İlham Əliyev yoil polisinə xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb.

  • Əvvəlki

    İl ərzində banklar neçə kampaniya həyata keçirib? - SİYAHI

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0