USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı məlum oldu

26.12.2018 İqtisadiyyat
0 0
Azərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinin tarixi açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, seçkilər gələn ilin dekabrın 27-də keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiqlənən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində xatırladılıb ki, Seçki Məcəlləsinə əsasən, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

  • Əvvəlki

    2019-cu ilin qeyri-iş günləri açıqlandı - RƏSMİ

Digər xəbərlər