Daha üç vəzifəli şəxs işdən çıxarıldı

27.12.2018 İqtisadiyyat
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sani Nəsibov Əli oğlu, Əsаsli tikinti və təmir şöbəsinin müdiri Cüneyit İsmayılov və Kadr məsələləri sektorunun müdiri Gülarə Mürsəliyeva vəzifələrindən azad edilib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb. İcra hakimiyyətinin Kadr məsələləri sektorunun müdiri vəzifəsinə İlahə Həsənzadə təyin edilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncama əsasən, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, hər iki şəxs 10 gündən çoxdur ki, vəzifəsindən azad olunub. Lakin BŞİH bu barədə açıqlama verməkdən boyun qaçırırdı.