Bu barədə parlamentin bu gün keçirilən plenar iclasının son iclasında məlumat verilib.
"Kommersant.az" xəbər verir ki, Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad olunur.
Qeyd edilib ki, sənəd Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olub.
Layihədə göstərilir ki, Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilir.