Xəbər verdiyimiz kimi bu gün Bakı şəhərində "99 YP 525” nömrəli, döş nişanı 0388 olan DYP əməkdaşı Şükür adlı yol polis əməkdaşı tərəfindən qeyri-adi "cərimə” tətbiq olunub.
Bununla əlaqədar Bakı Şəhər Baş Yol Polisi İdarəsinin (BŞBYPİ) İctimaiyətlə Əlaqələr şöbəsinin rəisi polis palkovniki Vaqif Əsədov "Kommersant.az"a açıqlama verərək məsələyə aydınlıq gətirib:
"Vətəndaşın istənilən cərimə hadisəsi zamanı polisdən şikayət etməsi çox təbii haldır. Lakin əminliklə deyə bilərəm ki, baş vermiş hadisənin ilkin ekspertizası zamanı "99 MM 255" nömrə nişanlı avtomobilə protokol tərtib olunub. Tərtib olunmuş protokol Binəqədi Rayon Məhkəməsinə göndərilib. Vətəndaş məhkəməyə müraciət edəcəyini bildirib. Biz protokolu məhkəməyə artıq təqdim etmişik. Buyurub şikayətini məhkəmədə bildirsin. Məhkəmə isə məsələyə hüquqi qiymət verəcək".
Vaqif Əsədov onu da əlavə edib ki, məsələ mübahisəli olduğundan "99 MM 255" dövlət nişanlı avtomobilin sürücüsünün adı və soyadı ictimaiyyətə bildirilmir. Lakin sözügedən avtomobilin sahibi protokolun nömrəsindən xəbərdardır.