USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

I rübdə Azərbaycanda dizel yanacağı istehlakı 18% artıb

16.05.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-mart aylarında ölkədə 323 min ton dizel yanacağı, 288,8 min ton avtomobil benzini istehlak edilib.

"Kommersant.Az"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ilin I rübündə dizel yanacağının istehlakında illik müqayisədə 17,7% artım, avtomobil benzinin istehlakında isə 1,4% azalma qeydə alınıb.

Bu ilin yanvar-mart ayları ərzində ölkədə 81,3 min ton aviasiya üçün və sair ağ neft, 53,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 35,8 min ton neft bitumu, 32,5 min ton maye qaz, 16,6 min ton sürtkü yağları istehlak olunub.

Aviasiya üçün və sair ağ neft istehlakı 14,8%, neft-kimya sənayesində istifadə üçün benzin istehlakı 0,8%, neft bitumunun istehlakı 2 dəfə, sürtkü yağlarının istehlakı 99,7% artıb, maye qaz istehlakı isə 16,1% azalıb.

  • Əvvəlki

    Azərbaycanda əhalinin gəlirləri 9% artıb

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0