USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərsu” Xızının Yaşma kəndə içməli su təminatının yaxşılaşdırılması layihəsinə başladı

16.05.2018 İqtisadiyyat
0 0
"Azərsu” ASC Xızıda Yeni Yaşma kəndinin içməli su təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlayıb.

Qurumdan "Kommersant.Az"a verilən məlumata görə, Yeni Yaşma kəndində 1990-cı illərdə içməli su şəbəkəsi yaradılsa da, magistral və şəbəkə su xətləri uzun müddət istismar olunduğundan normal su təchizatını həyata keçirmək mümkün olmurdu. Xüsusilə yay aylarında kəndin su təminatında çətinliklər yaranırdı.

Mövcud su təchizatı sistemlərinin köhnəlməsi və istismar tələblərinə cavab verməməsi, həmçinin əhali artımı və kəndin böyüməsi nəzərə alınaraq su təchizatı infrastrukturunun tamamilə yenidən qurulmasına qərar verilib. Bu məqsədlə icra olunan layihə çərçivəsində Şollar-Bakı su kəmərindən Yeni Yaşma qəsəbəsinə 5,3 km uzunluğunda özüaxımlı magistral su kəmərinin tikintisinə başlanılıb. Bununla paralel olaraq kənddə 9,7 km uzunluğunda yeni içməli su şəbəkəsi yaradılır və hər bir ünvana birləşmə verilərək 350 ədəd sayğac quraşdırılacaq. Artıq su xətlərinin 7 km-dən çox hissəsi inşa edilib. Kəndin relyefi nəzərə alınaraq 2 ədəd hidrofor tipli nasosun quraşdırılması layihələndirilib.

Layihənin icrası tam başa çatdıqdan sonra Yeni Yaşma kəndinin sakinləri dayanıqlı içməli su ilə təmin ediləcək. Ümumilikdə yeni layihənin icrasından kəndin 2600 sakini faydalanacaq.

Qeyd edək ki, 2018-ci ildə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiya layihəsi çərçivəsində Xızı rayonu ilə yanaşı, Oğuz, Ağdaş, Ucar və Masallı rayonlarının 11 kəndində içməli su layihəsi həyata keçiriləcək. Bu layihələrdən 15 min nəfər faydalanacaq.

Bununla yanaşı, Prezident İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq. Bu layihələr çərçivəsində kəndlərdə 13 subartezian quyusu qazılacaq, 8 ədəd su anbarı, 195 km su xətti inşa ediləcək. Dayanıqlı su təchizatı məqsədilə 672 ədəd bulaq, 4 su qülləsi, 9 nasos stansiyası quraşdırılacaq. Bu layihələrdən 30 kəndin 45 mindən çox sakini faydalanacaq.

Ümumilikdə, 2018-ci ildə "Azərsu" ASC tərəfindən əhalisinin ümumi sayı 62 min nəfər olan 18 rayonun 41 yaşayış məntəqəsində içməli su layihəsi həyata keçiriləcək.

  • Əvvəlki

    Azərbaycanda 4 ayda 1,8 tona yaxın qızıl hasil olunub

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0