Vergilər nazirinin müavini Mətin Eynullayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.
"Kommersant.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası vergilər nazirinin müavini Mətin Balasən oğlu Eynullayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin".