USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səfər Mehdiyev istefaya gedəcək? - "CƏNAB PREZİDENT, BİZİ XİLAS EDİN" - ŞİKAYƏT

09.01.2019 İqtisadiyyat
0 0
Ölkəyə kartof idxal edən bir qrup Azərbaycan vətəndaşının ümumi çəkisi 350 tondan artıq olan yükü 15 gündən artıqdır ki, Dövlət Gömrük Komitəsi tərəfindən hər hansı rəsmi səbəb göstərilmədən saxlanılıb.

"Kommersant.az" xəbər verir ki, ümümu dəyəri 250 min manatdan artıq olan məhsulun xarab olma riskinə, hər gün yüklərin gömrükdə saxlanma xərci də əlavə olunur. Bu da ortalama gün ərzində 1500 manata yaxın məbləğ edir.

ELƏCƏDƏ BAX: "Ölkədə monopoliyanın bir faizini göstərsəniz, mən istefa verərəm" - Gömrük Komitəsinin sədri

Ən maraqlısı və istehza doğuran məqam isə odur ki, məhz bu saxlanmadan 2-3 gün sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkə mediasının bəzi təmsilçiləri ilə görüşündə "Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm" bəyanatını vermişdi.

Müflis olmaq təhlükəsi ilə üzləşən yük sahibləri məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Gömrükdə yüklərinin sifarişlə saxlanıldığını güman edən yük sahiblərinin Qaynarinfo-ya daxil olan müraciətində deyilir:

"Cənab Prezident!

Sizin başladığınız dərin iqtisadi islahatlar hər bir Azərbaycan vətəndaşında olduğu kimi, bizdə də böyük inam oyadır. Son vaxtlar iqtisadi islahatların daha da dərinləşməsi, vergi və gömrük sahəsində çoxsaylı dəyişikliklərin edilməsi, bir çox prosedurların sadələşdirilməsi bizi hədsiz ümidləndirdi.

Nəticədə biz də ölkədə böyük vüsət alan iqtisadi islahatlara güvənib, bir neçə şəxs bir araya gələrək, Rusiyadan Azərbaycana kartof idxal etmək qərarına gəldik. Gömrük Komitəsi sədrinin verdiyi açıqlama və bəyanatlar da bizi ruhlandırdı. Biz şirkət sahibi olmadığımız üçün, idxal etdiyimiz məhsulu rəsmi qeydiyyatdan keçmiş və Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərən şirkətlərdən birinin adı ilə rəsmiləşdirdik. Sənədlər tam qanunidir və heç bir qanun pozuntusu yoxdur. Lakin 2018-ci ilin 23 dekabr tarixində ölkəyə daxil olan, ümumi çəkisi 350 ton təşkil edən məhsulumuz Dövlət Gömrük Komitəsi tərəfindən qeyri-qanuni saxlanılıb. Artıq 15 gündən artıqdır ki, məhsulumuz Gömrük Komitəsinin Abşeron terminalında saxlanılır və bizə təhvil verilmir. Komitəyə saysız-hesabsız müraciətlərimizə baxmayaraq, bizə nə rəsmi səbəb göstərilir, nə məhsulumuzun heç olmasa geri qaytarılmasına qərar verilir, nə də hansısa ağlabatan cavab verilir. Məhsullarımız xarab olma təhlükəsi ilə üz-üzədir. Bundan başqa, 5 vaqon və bir yük maşınının Gömrükdə saxlanılmasına görə, bizə hər gün ortalama 1500 manat cərimə yazılır.

Cənab Prezident!

Gömrük Komitəsindən ümidimiz tam üzüldüyünə görə, Sizə müraciət etmək məcburiyyətindəyik. Son ümidimiz Sizsiniz. Xahiş edirik, bizə yardım edəsiniz. Yaranan şərait onu deməyə əsas verir ki, məhsullarımız hansısa sifariş əsasında saxlanılıb və məqsəd bizi tamamilə müflis etməkdir. Əks halda Gömrük Komitəsi hər hansı rəsmi cavab verər və ya səbəb göstərərdi.

Bizim müflis olmağımız, hər birimizin həyat şəraitinin yaxşılaşdırılması üçün səy göstərdiyimiz ailələrimizin, yaxınlarımızın- ən azı 150 nəfərin çörəksiz qalması deməkdir.

Biz doğrudan da bizimlə bağlı yaranan şəraiti anlaya bilmir, tam nə baş verdiyini, Gömrük Komitəsinin kimlərin sifarişi ilə və ya hansı hüquqi əsasla məhsullarımızı saxladığnı başa düşmürük.

Cənab Prezident! Bizi xilas edin!"

Müraciəti Qasımov Vasif İsmayıl oğlu, Nadirov Emin Soltan oğlu, Cəfərov İlqar Südgül oğlu, İsgəndərov Elnur Zinəddin oğlu və Umudov Röyal Həsənağa oğlu imzalayıblar.

Qaynarinfo

  • Əvvəlki

    Azərbaycanda əmanətlərini sığortalayan banklar - SİYAHI

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0