USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu qurumlar dövlət büdcəsindən maliyyələşəcək - BAŞ NAZİRDƏN YENİ QƏRAR

13.01.2019 İqtisadiyyat
0 0
"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişikliklər edilib.

"Kommersant.az" xəbər verir ki, bu arədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən: "I. Büdcədən maliyyələşdirilən qurumlar" bölməsinə "Suraxanı Gənclər evi" sosial xidmət müəssisəsi, "Xəzər Gənclər evi" sosial xidmət müəssisəsi, "Sabunçu Gənclər evi" sosial xidmət müəssisəsi, "Qaradağ Gənclər evi" sosial xidmət müəssisəsi, "Binəqədi Gənclər evi" sosial xidmət müəssisəsi, "Tovuz Gənclər evi" sosial xidmət müəssisəsi, "Gəncə Gənclər evi" sosial xidmət müəssisəsi, "Şirvan Gənclər evi" sosial xidmət müəssisəsi, "Sumqayıt Gənclər evi" sosial xidmət müəssisəsi, "Mingəçevir Gənclər evi" sosial xidmət müəssisəsi, "Saatlı Gənclər evi" sosial xidmət müəssisəsi, "Balakən Gənclər evi" sosial xidmət müəssisəsi əlavə edilib.

Bununla yanaşı, 50-ci hissənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 51-58-ci hissələr əlavə edilib: "Qazax Olimpiya İdman Kompleksi" MMC, "Zaqatala Olimpiya İdman Kompleksi" MMC; "Şəki Olimpiya İdman Kompleksi" MMC; "Qusar Olimpiya İdman Kompleksi" MMC; "Abşeron Olimpiya İdman Kompleksi" MMC; "Ağcabədi Olimpiya İdman Kompleksi" MMC; "Buzovna İdman Zalı" MMC; "Bakı İdman Sarayı" MMC.".

Daha əvvəl də Nazirlər Kabineti "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edib. Dəyişikliklərə əsasən Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb.

  • Əvvəlki

    Deputat Tahir Kərimlidən təklif: - Ayların adları dəyişdirilsin

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0