USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah bu ərazilərdə - QAZ OLMAYACAQ

22.01.2019 İqtisadiyyat
0 0
Sabah Bakının bir sıra yerlərində qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən "Kommersant.az"-a verilən məlumata görə, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 525-ci məhəllə ünvanında mövcud diametri 219 mm-lik qaz xətti ləğv edilir, yeni çəkilmiş diametri 108 mm-lik qaz xətti müvcud şəbəkəyə qoşulur, Suraxanı rayonu ərazisində qaz tənzimləyici quraşdırılır, Səbail rayonu, Salyan şossesində (jurnalistlərin binasının yanı) isə yeraltı diametri 159 mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsi yeni çəkilmiş qaz xətti ilə əvəz edilir.

Bununla əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Nizami rayonu, Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsi və Əmircan qəsəbəsində, eləcə də Səbail rayonu, 20-ci sahə yaşayış massivi və Badamdar qəsəbəsi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

  • Əvvəlki

    İdarə rəisi vəzifəsindən azad olundu - TƏYİNAT

Digər xəbərlər

04.12.2023 İqtisadiyyat
Bitcoindən 19 ay sonra rekord
0 0
04.12.2023 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
04.12.2023 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
01.12.2023 İqtisadiyyat
Sber yeni ağıllı ev cihazını təqdim etdi
0 0
01.12.2023 İqtisadiyyat
Dünyada milyarderlərin sayı kəskin artıb
0 0
01.12.2023 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0