USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Renault"-dan daha bir yenilik

23.01.2019 İqtisadiyyat
0 0
"Renault" şirkəti yenilənmiş Twingo şəhər avtomobilini təqdim edib.

"Kommersant.az" xəbər veri ki, model dəyişdirilmiş xarici görkəmə, quraşdırılmış dönmə işıqları olan C-şəkilli gündüz hərəkət işıqlarına, üç təchizat səviyyəsinə və yeni fərdiləşdirmə imkanlarına malik olub. Yenilənmiş Renault Twingo modelini dəyişdirilmiş ön bamper, radiator barmaqlığı, işıq texnikası və bahalı modifikasiyalardakı xrom dekora görə fərqlənir. Arxa bamperdə dekorativ elementlərə, arxa fənərlər isə yeni tərtibata sahib olublar. Bundan başqa, Twingo hündürlüyü 10 millimetr azaldılmış asqı ilə təchiz edilir. Mühərrikin soyudulması üçün hava girişləri ilə bütün modifikasiyalarda tətbiq ediləcəkdir. Yenilənmiş Twingo modelinin mühərrik çeşidinə 1,0-litrlik SCe və 0,9-litrlik TCEe mühərrikləri daxildir. Birinci mühərrik 65 və 75 at qüvvəsi (92 Nm), ikinci isə 95 at qüvvəsi (135 Nm) hasil edir. Turbomühərriklə təchiz edilmiş avtomobillər yeni səsboğucu sistemə sahib olublar. Transmissiyalar - beş pilləli mexaniki və altı pilləli EDC "robotudur".

Renault Twingo modelinin təchizatına yeddi düymlük displeyi olan Easy Link multimedia sistemi, iki USB girişi və qıfılla bağlanan əlcək yeşiyi daxildir. Bundan başqa, alıcılar ötürmələr qutusunun dəstəyinin dizaynını seçə bilərlər.

  • Əvvəlki

    Rusiyanın "Gazprom" şirkəti Azərbaycanda nümayəndəlik açdı

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0