USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pensiya və sosial yardımların verilməsi ilə bağlı - DƏYİŞİKLİK

25.01.2019 İqtisadiyyat
0 0
"Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilir.

"Kommersant.az" xəbər verir ki, dəyişikliyə əsasən, həmin qanuna aşağıdakı məzmunda 30.1-1-ci və 31.1-1-ci maddələr əlavə olunur.

Əlavəyə görə, əmək pensiyalarının təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Digər əlavəyə görə, bu qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

"Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna da eyni məzmunda dəyişiklik edilir. Həmin qanuna 6.3-cü maddə əlavə olunur.

Əlavəyə görə, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

"Sosial sığorta haqqında", "Sosial müavinətlər haqqında" qanunlara da eyni məzmunda dəyişikliklər edilir.

  • Əvvəlki

    Qara qızılın qiyməti bahalaşıb

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0