Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraiti ilə bağlı bir neçə prospektdə sürət həddini aşağı endirib.
BNA-dan "Kommersant.az"-a daxil olan məlumata görə, hazırda müşahidə edilən yağışlı havaşəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.